Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
14:30
ff aaaaaaa

Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb

10 in, 2026
14:30
754

Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb

Azərbaycanın şito-ryu karate üslubu üzrə yığması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Avropa çempionatında 8 medal qazanıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

10 idmançıdan ibarət komanda yarışda Bahadur Əhmədovun rəhbərliyi altında iştirak edib.

10–11 yaş kateqoriyasında çıxış edən Mehdi Məmmədli bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu olub. Həmçinin kişilər arasında Tuncay Hüseynov, 14–15 yaş qrupunda çıxış edən Məsumə Məmmədli də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

12–13 yaş kateqoriyasında Kənan Məmmədli və kişilər arasında yarışda Pərviz Bəşirli gümüş medal əldə ediblər.

Sübhan Əliyev 12–13, Telman Səfərli 10–11, Ömər Hüseyn isə 6–7 yaş kateqoriyasında bürünc medal qazanıblar.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul