Siyasət Əsgərov: "Qızlar son bir ildə həqiqətən möhtəşəm işlər görüblər"
İstər bu mövsüm, istərsə də son bir ildə qadın futbolçulardan ibarət Azərbaycan millisi möhtəşəm işlər görüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Mütəxəssis dünya çempionatının seçmə mərhələsinin Şimali Makedoniyaya qarşı son matçında (3:1) yığma üzvlərinin çox yaxşı çıxış etdiklərini söyləyib:
"İstər bu mövsüm, istərsə də son bir ildə qızlar həqiqətən möhtəşəm işlər görürlər. Bu oyunda da qızlar çox gözəl çıxış etdilər və sonda gözəl qələbə qazandıq. Təəssüf ki, qrupda 12 xal toplasaq da, reqlamentə uyğun olaraq, növbəti mərhələyə adlaya bilmədik. Bu, bizi çox üzür. Lakin bizim üçün son deyil. Biz hər zaman irəli baxırıq. Bu mövsüm bizə çox dəyərli təcrübələr qazandırdı, həmçinin komandaya yeni oyunçular qoşuldu. Bu da bizim üçün ən yaddaqalan məqamlardan biridir. Qarşıda Millətlər Liqasının püşkatması olacaq. Püşkatmadan sonra həmin oyunlara hazırlaşmağa başlayacağıq".
S.Əsgərov sözlərinə görə, futbolçular çətin və ağır oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıblar:
"Baxmayaraq ki, qızlarımız çətin oyundan çıxmış və uzun yol gəlmişdilər, biz onları qarşılaşmaya qədər bərpa edib oyuna kökləyə bildik. Macarıstanla görüşün nəticəsi psixoloji baxımdan komandaya təsir etmişdi. Həmin oyunun sonunda bir xal qazana bilərdik, lakin təəssüf ki, bunu bacarmadıq. Bu da komandaya mənfi təsir göstərmişdi. Bugünkü oyuna gəlincə, komanda yaxşı motivasiya olunmuşdu. İlk dəqiqələrdən hər nüansa nəzarət edirdik. Məşq prosesində üzərində işlədiyimiz plana uyğun hərəkət etdik və bunun nəticəsini də gördük. Təəssüf ki, müdafiə xəttində buraxdığımız səhvdən sonra qol buraxdıq. Buna baxmayaraq, komandanı təbrik edirəm".
Oxşar xəbərlər
Siyasət Əsgərov: "Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik"
Siyasət Əsgərov: "Məqsədimiz dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır"
Siyasət Əsgərov: "İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu"
Siyasət Əsgərov: İrəli xətdə hər kəsdən qol gözləyirik
Siyasət Əsgərov: İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
