Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO
sizinxeber.az xəbər saytı

Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO


Azərbaycan Prezidentinin 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

APA xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, fermerlər, sahibkarların qatıldığı tədbirdə su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı, logistika imkanlarının genişləndirilməsi və fermerlərə göstərilən dəstək mexanizmləri müzakirə olunur.

Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov müşavirədə çıxış edib. O, qeyd olunan dövrdə aqrar sahəyə dövlət dəstəyinin artırıldığını vurğulayıb. Qeyd edib ki, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb.

Bildirilib kİ, Prezidentin tapşırığına uyğun olaraq, 32 rayonda 52 aqropark yaradılıb. Bu, sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib.

Oxşar xəbərlər

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə subsidiya veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər