"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb
sizinxeber.az xəbər saytı

"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb


2025-ci ildə "BakuBus" MMC-yə dövlət büdcəsindən ümumilikdə 100 milyon manat vəsait ayrılıb.

"Report" xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, hesabat ilində Cəmiyyətə Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.

Oxşar xəbərlər

Azərbaycan ötən il “Formula 1”in keçirilməsinə 168 milyon manat xərcləyib
Azərbaycan ötən il Qarabağ və Dilbaz cins atlarının çoxaldılmasına 500 min manat xərcləyib
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Bu nazirliyə 275 milyon manat ayrılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər