Dövlət Departamenti: Azərbaycanla münasibətlər ABŞ-nin prioritetləri sırasındadır
ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün əsas prioritetlərdən biridir.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.
Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti: Azərbaycan ABŞ-də enerji sektoruna investisiyaları artıra bilər
Kaleb Orr: Bakı və Vaşinqton ikitərəfli ticarətin genişləndirilməsinə sadiqdir
Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
Kaleb Orr: ABŞ və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
