Moldova rəsmisi: "Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur"
Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Moldova Kiber Təhlükəsizlik Agentliyinin direktoru Mihai Lupascu Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, bu baxımdan ölkələr əməkdaşlıq istiqamətində əməli addımlar atmalıdırlar:"Keçən il Moldova hökuməti kritik infrastruktur üçün bütün təhlükəsizlik tələblərini qəbul etdi. Beləliklə, bu ildən etibarən təhlükəsizlik yoxlamaları apara, çərçivənin düzgün tətbiq edilib-edilmədiyini yoxlaya və bu cür icra qabiliyyətini həyata keçirə biləcəyik".
Qonağın sözlərinə görə, kiber təhlükəsizlik sahəsində kadr çatışmazlığı Moldovada böyük problemdir: "Hökumətə kibertəhlükəsizlik təcrübəsi təqdim edə biləcək istedadlı insanlar tapmaq asan deyil. Buna görə biz düzgün motivasiyaya malik insanları hədəfləyirik və tapırıq, sonra onların daha təcrübəli olması üçün müxtəlif təlim proqramları və bacarıq artırma proqramlarından keçirik. Əlbəttə, tənzimləmə və siyasət hissəsi hələ də böyük rol oynayır, çünki düzgün çərçivə olmadan düzgün istiqamətdə hərəkət edə bilmərik".
Oxşar xəbərlər
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Moldova NATO ilə Fərdi Tərəfdaşlıq Proqramını təsdiqləyib
Samir Məmmədov: “Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib”
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
