Rumen Radev: "Sofiya və Astana Orta Dəhlizi gücləndirməyə kömək edəcək bir sıra sənədlər imzalayacaq"
sizinxeber.az xəbər saytı

Rumen Radev: "Sofiya və Astana Orta Dəhlizi gücləndirməyə kömək edəcək bir sıra sənədlər imzalayacaq"


Bu gün Sofiya və Astana arasında Orta Dəhlizi gücləndirməyə kömək edəcək bir sıra memorandum imzalanacaq.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Akordada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə geniş tərkibdə danışıqlar zamanı bildirib.

"Səfərin yekunları üzrə bir sıra mühüm memorandumların imzalanması Orta Dəhlizi birlikdə gücləndirməyimizə kömək edəcək ki, bu da həm Avropa, həm Asiya, həm də əlbəttə ki, Bolqarıstan üçün vacibdir", - o qeyd edib.

İki ölkə arasında nəqliyyat, rəqəmsallaşma, turizm sahələrində əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.

R.Radev qeyd edib ki, Bolqarıstan Qazaxıstanı Mərkəzi Asiyada prioritet tərəfdaş hesab edir.

Öz növbəsində, Qazaxıstan Prezidenti bildirib ki, hazırda hər iki ölkə dağ-mədən sənayesi, istehsal, nəqliyyat və tikinti sahələrində səmərəli əməkdaşlıq edir.

"Biz enerji, nəqliyyat və logistika, "yaşıl keçid”, atom sənayesi, kosmos, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə və turizm kimi perspektivli sahələrdə əməkdaşlıq üçün böyük potensial görürük", - o vurğulayıb.

K.Tokayev deyib ki, Bolqarıstan kapitalının iştirakı ilə təxminən 60 şirkət Qazaxıstan bazarında uğurla fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rumen Radev: "Bolqarıstan Azərbaycanın sayəsində qaz idxalı problemini qismən həll edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumen Radev: “Şaquli Qaz Dəhlizi regionlararası əməkdaşlığı daha yetkin mərhələyə aparır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan xalqına başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti: İnanıram ki, belə tədbirlərlə iqlim gündəliyində irəliləyə bilərik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər