"Bitcoin"in qiyməti 65 min dollardan aşağı enib
Kriptovalyuta bazarında satışlar güclənib, qorxu indeksi 21 bəndə düşüb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1,79% azalaraq 2,25 trilyon dollara enib.
“Bitcoin"in qiyməti 2,65% azalaraq 64 532 dollara düşüb. Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti isə 1,49% azalaraq 1 810 dollara geriləyib.
İlk beşlikdə yer alan digər aktivlərdən BNB-nin qiyməti 2,76% azalaraq 618,5 dollar olub. Qızıl qiymətinə indekslənən rəqəmsal aktivlər isə bazardakı eniş fonunda nisbətən dayanıqlılıq nümayiş etdirib. PAX Gold (PAXG) 0,29% azalaraq 4 460,7 dollara, Tether Gold (XAUt) isə 0,29% azalaraq 4 443,3 dollara düşüb.
Bazar əhvalını ölçən Fear & Greed Index (Qorxu və İştah İndeksi) 21 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında güclü ehtiyatlılığın və riskdən yayınma meylinin artdığını göstərir.
Qeyd edək ki, son günlər kriptovalyuta bazarında müşahidə olunan enişə investorların riskli aktivlərdən çıxması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması və Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi təsir göstərir. Bu şəraitdə kapitalın bir hissəsi qızıl və qızıla bağlı rəqəmsal aktivlərə yönəlir.
Oxşar xəbərlər
Kriptobirjada son durum - "Bitcoin" bahalaşıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı enib
ABŞ-İran gərginliyi fonunda “Bitcoin” son 7 həftənin ən aşağı həddinə enib
"Bitcoin" yenidən ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
