Bolqarıstan Parlamenti Rumen Radevin Baş nazir postuna namizədliyini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Bolqarıstan Parlamenti Rumen Radevin Baş nazir postuna namizədliyini təsdiqləyib


Növbədənkənar parlament seçkilərində qalib gələn "Proqressiv Bolqarıstan" koalisiyasının lideri Rumen Radev Bolqarıstanın Baş naziri seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, iclasın yayımı ölkənin Xalq Məclisinin saytında aparılıb.

Ölkənin sabiq prezidentinin lehinə "Proqressiv Bolqarıstan" koalisiyasını təmsil edən 124 deputat səs verib. "Bolqarıstanın Avropanın İnkişafı uğrunda Vətəndaşlar" partiyasının Demokratik Qüvvələr İttifaqı ilə blokundan olan 36 deputat bitərəf qalıb.

"Dəyişiklikləri davam etdiririk", "Hüquq və Azadlıqlar Hərəkatı" və "Dirçəliş" partiyalarının, həmçinin "Demokratik Bolqarıstan" koalisiyasının 70 nümayəndəsi əleyhinə səs verib.

Oxşar xəbərlər

Rumen Radevin partiyası Bolqarıstanda seçkiləri böyük fərqlə qazanıb - YENİLƏNİB
Rumen Radevin partiyası Bolqarıstanda keçirilən seçkilərdə böyük fərqlə liderlik edir
Bolqarıstan hökumətinə Rosen Jelyazkov başçılıq edəcək
Bolqarıstanın yeni parlamentinə səkkiz siyasi birlik daxil ola bilər
Radevin koalisiyası Bolqarıstanda parlament seçkilərində öndədir - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər