Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
may
2026
03:00
0
0
1 507
ff aaaaaaa

Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb

30 may, 2026
03:00
1 507

Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb

Rusiya mayın 30-dan etibarən Ermənistandan bir sıra təzə tərəvəz və giləmeyvələrin idxalına məhdudiyyət tətbiq edib.

"Report"un Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən məlumatına görə, qadağaya pomidor, xiyar, bibər, göyərti məhsulları, eləcə də çiyələk daxil edilib.

Qurum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons vermişdi.

"Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib", - "Rosselxoznadzor"dan dəqiqləşdirilmişdi.

Qurum rəsmiləri qeyd ediblər ki, mövcud vəziyyət Rusiya ərazisinin fitosanitar rifahına təhlükə yaradır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul