Əli Əsğər Bağırzadə: İran və Belarus eyni düşüncəli ölkələrdir
İran parlamentinin nümayəndə heyəti Belarus parlamentində ikitərəfli əlaqələri müzakirə edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, səfər Belarus Nümayəndələr Palatasının dəvəti ilə reallaşıb.
Məlumata görə, İslam Respublikası nümayəndə heyətinə İran-Belarus parlament əməkdaşlıq qrupunun rəhbəri Əli Əsğər Bağırzadə başçılıq edir.
İran qanunverici orqanının nümayəndələri səfər çərçivəsində Belarus parlamentinin sədri Natalya Koçanova ilə görüşüblər.
Əli Əsğər Bağırzadə bildirib ki, İran və Belarus eyni düşüncəli ölkələrdir: “Biz həmişə müstəqillik və ərazi bütövlüyünün qorunması siyasətini yürütmüşük”.
O, parlamentin yüksək vəzifəli şəxslərinin tezliklə Belarusa səfər edəcəyini, bu səfərlərin iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olacağına ümid etdiyini vurğulayıb.
Natalya Koçanova öz növbəsində, Belarus və İran xalqları arasında inkişaf edən münasibətləri yüksək qiymətləndirdiyini söyləyib.
Oxşar xəbərlər
İran Prezidenti Belarusa səfər edəcək
Natalya Koçanova: Belarus APA-ya müşahidəçi kimi qəbulu üçün dəstək gözləyir
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib
İran parlamentinin nümayəndə heyəti İrəvandadır
İran parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
