Binəqədidə yol polisi əməkdaşlarına müqavimət göstərən sürücü saxlanılıb
sizinxeber.az xəbər saytı

Binəqədidə yol polisi əməkdaşlarına müqavimət göstərən sürücü saxlanılıb


Binəqədi rayonu ərazisində axtarışda olan "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, ödənilməmiş cərimə öhdəliyinə görə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.

Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Oxşar xəbərlər

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”-da paylaşan sürücü həbs edilib
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Maşınında xəncər saxlayan və polisin qanuni tələbinə tabe olmayan sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər