İrakli Kobaxidze: Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
20:30
ff aaaaaaa

İrakli Kobaxidze: Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb

27 may, 2026
20:30
949

İrakli Kobaxidze: Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb

Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb.

"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, bəzi qurumlar prosesdə birbaşa iştirak edir. "Gürcüstan xalqına, ölkəmizə və hökumətimizə qarşı yeni kiçik hücum dalğası başlayıb. Xəyanət formulu olan Giorgi Kandelaki də daxil olmaqla, qurumlar bu işdə birbaşa iştirak edirlər", - İ.Kobaxidze deyib.

Hökumət başçısı əlavə edib ki, həmin şəxslərin həm keçmiş fəaliyyəti, həm də hazırkı addımları məlumdur.

"Biz onların keçmiş fəaliyyətlərini və bu gün nə etdiklərini bilirik. Bu faktlarla bağlı hüquqi tədbirlərin görülməsi məsələsi müvafiq dövlət qurumlarının səlahiyyətindədir", - Baş nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul