Azərbaycan 4 ayda kərə yağı idxalını 3 %-ə yaxın azaldıb
sizinxeber.az xəbər saytı

Azərbaycan 4 ayda kərə yağı idxalını 3 %-ə yaxın azaldıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9 min 76 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 57 milyon 476 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 246 ton (2,6 %), dəyər baxımından 7 milyon 997 min ABŞ dolları (12 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Oxşar xəbərlər

Azərbaycan süddən hazırlanmış yağların idxalını 26 %-ə yaxın azaldıb
Azərbaycan yağ idxalını kəskin artırıb
Azərbaycan süddən hazırlanmış yağların idxalını 4 %-ə yaxın artırıb
Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb
Azərbayсan 4 ayda ət idxalını 10 %-ə yaxın azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər