Qətər ABŞ ilə razılaşması üçün İrana 12 milyard dollarlıq jest iddialarını təkzib edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
10:00
0
0
1 057
ff aaaaaaa

Qətər ABŞ ilə razılaşması üçün İrana 12 milyard dollarlıq jest iddialarını təkzib edib

26 may, 2026
10:00
1 057

Qətər ABŞ ilə razılaşması üçün İrana 12 milyard dollarlıq jest iddialarını təkzib edib

Qətər ABŞ ilə razılaşmaya nail olmaq qarşılığında İran İslam Respublikasına 12 milyard dollar təklif etməsi barədə xəbərləri təkzib edib.

"Sizinxeber.az" "İran İnternational"a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Məcid Əl-Ənsari bildirib.

Yayılan məlumatlara görə, Doha ABŞ ilə razılaşmaya nail olunacağı təqdirdə, Tehranın 12 milyard dollar məbləğində dondurulmuş aktivlərinin blokdan çıxarılmasını təklif edib. Lakin Qətər XİN-in sözçüsü bu barədə xəbəri təkzib edərək, hımin iddiaları "cari diplomatik fəaliyyəti sabotaj etmək cəhdi" adlandırıb: "Qətərin İrana ABŞ ilə sövdələşmə üçün 12 milyard dollar təklif etməsi barədə xəbərlər həqiqətə uyğun deyil".

O əlavə edib ki, bu narrativlər "regional gərginliyin azaldılması və sabitliyin bərqərar edilməsi üçün davam edən diplomatik səyləri" iflasa uğratmağa çalışan tərəflərin uydurmasıdır.

Xatırladaq ki, İran nümayəndə heyəti ABŞ rəsmiləri ilə razılaşmanı imzalanması məqsədi ilə mayın 25-dən Qətərdə səfərdədirlər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul