"Reuters": Qara dənizin Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
12:30
0
0
1 046
ff aaaaaaa

"Reuters": Qara dənizin Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb

28 may, 2026
12:30
1 046

"Reuters": Qara dənizin Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb.

"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi bildirib.

Məlumata görə, Palau bayrağı altında üzən "James II" tankeri hadisə zamanı Qara dənizdə Türkeli rayonunun təxminən 80 km şimalında yerləşirdi.

Həmçinin bildirilib ki, Syerra-Leone bayrağı altında üzən "Altura" və "Velora" tankerləri gəmilər arasında yük köçürmə əməliyyatı aparılarkən yaxınlıqdakı ərazidə hücuma məruz qalıblar.

"Tribeca"nın məlumatına görə, hadisə yerinə xilasetmə qayıqları göndərilib. Tankerlərin bütün heyət üzvlərinin vəziyyəti yaxşıdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul