Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib
Fevralın 18-də Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
“Sizinxeber.az” xəbər verir ki, Belarus Milli Assambleyası Respublika Şurasının nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bundan əlavə, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.
Oxşar xəbərlər
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Milli Məclisin sədri Belarusa səfərə dəvət olunub
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













