Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
sizinxeber.az xəbər saytı

Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb


Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiyanı Ukraynada dərhal atəşkəs elan etməyə və Avropaya danışıqlar masasında yer verməyə çağırıb.

Sizinxeber.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Avropanın Ukrayna üzrə danışıqlarda rolu olmalıdır. Amma neytral vasitəçi kimi yox, öz maraqları olan tərəf kimi”, – deyə Valtonen bildirib.

Nazir həmçinin Moskvadan tam atəşkəs tələb edib.

Bundan əvvəl “Politico” nəşri Avropa ilə Rusiya arasında mümkün danışıqlarda vasitəçi roluna Avropa Şurasının rəhbəri Antonio Koşta, Avropa Komissiyasının sabiq sədri Jan-Klod Yunker və Finlandiyanın keçmiş prezidenti Sauli Niinistönün namizədliyinin nəzərdən keçirildiyini yazmışdı.

Oxşar xəbərlər

Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçidir
Sibiqa: Ukrayna Şröderin Rusiya ilə danışıqlarda Aİ-ni təmsil etməsinə qarşıdır
Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir
Rütte: Ukrayna danışıqlar masasında iştirak etməlidir
Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər