Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir
sizinxeber.az xəbər saytı

Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir


Türk dünyası ən qədim şəhər mədəniyyətinin daşıyıcılarından biridir.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, regionun tarixi şəhərləri bir zamanlar ticarət, elm, astronomiya, memarlıq sahəsində bəşəriyyətin ən böyük nailiyyətləri sırasında olub: “Bu gün burada, İçərişəhərin UNESCO Dünya İrsi siyahısında yer aldığı Bakıda toplaşmışıq. Urbanizasiya bizim üçün yeni anlayış deyil. Bu, bizim kimliyimizin bir hissəsidir. Lakin bu gün bizi birləşdirən yalnız ortaq miras deyil. Bizi ortaq çağırışlar da birləşdirir. Regionumuz sürətlə urbanizasiya olunur. Son 10 ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi təxminən 35–45% artıb. Bu sürətli urbanizasiya ciddi problemlər yaradır, təcili tədbirlər tələb edir. Şəhərlərimiz həm iqlim dəyişikliyinin, həm də yüksək seysmik risklərin ön xəttində yerləşir. Buna görə də “insanları necə təhlükəsiz, əlçatan və dayanıqlı şəkildə yerləşdirəcəyik?” sualı bizim üçün abstrakt deyil”.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər