Şəkidə “Yuxarı Baş” qoruğunun rəqəmsal kadastr sistemi yaradılır
sizinxeber.az xəbər saytı

Şəkidə “Yuxarı Baş” qoruğunun rəqəmsal kadastr sistemi yaradılır


Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.

APA xəbər verir ki, bu barədə Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə rəqəmsal transformasiya” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sistem qoruq ərazisinin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

Gülnarə Əliyeva bildirib ki, yeni sistem qoruq ərazisində yerləşən torpaq sahələri, tikililər və mülkiyyət formaları üzrə məlumatların vahid rəqəmsal platformada toplanmasını və sistemləşdirilməsini təmin edəcək.

"Rəqəmsal kadastr sisteminin tətbiqi tarixi qoruğun daha effektiv idarə olunmasına, eləcə də məlumat bazasının dəqiq və şəffaf şəkildə formalaşdırılmasına imkan yaradacaq", - Gülnarə Əliyeva vurğulayıb.

O əlavə edib ki, qeyd olunan layihə həm şəhərsalma idarəçiliyinin təkmilləşdirilməsi, həm də tarixi-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

İçərişəhərin əmlak məlumatlarını birləşdirən rəqəmsal kadastr yaradılır
Sektor müdiri: "Tarixi irsin qorunması sahəsində "rəqəmsal əkiz" vacibdir"
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib
Sədr müavini: Genişmiqyaslı idarəetmə sistemi istismara verilmə mərhələsindədir
“Pir Hüseyn Xanəgahı” və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər