UNCTAD-ın Baş katibi: Bərpa olunan enerji 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq
Qlobal iqtisadi inkişafla müqayisədə İKT-nin inkişafı inanılmazdır.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.
Ticarətin inkişafı sahəsində səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edən Rebeka Qrinspan deyib ki, rəqəmsal eranı hər yerdə görmək olar: “Çoxqütblülük seçim deyil, faktdır. Geosiyasət və milli təhlükəsizlik bir çox ölkələrdə bir-birini tamamlayır. Ölkələr tariflərin 95 faizini milli təhlükəsizliklə əlaqədar qəbul etdiklərini açıqlayıblar. Ümumdünya Ticarət Təşkilatı isə ölkələri tarifləri aradan qaldırmağa çağırıb”.
BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi qeyd edib ki, bərpa olunan enerjinin çəkisi ümumi elektrik enerjisində 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq.
Oxşar xəbərlər
Şimali Makedoniya Prezidenti: Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır
BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərimizi səsləndirmək üçün platformadır
Fatih Birol: Hər kəs bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu gördü
BMT-nin Cenevrədəki ofisinin baş direktoru: Biz daha inklüziv dünya qura bilərik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













