Anar Quliyev: WUF13 Azərbaycanın şəhərsalma və bərpa modelini dünyaya təqdim edib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və azad edilmiş ərazilərin bərpası sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platformaya çevrilib.
"APA-Economics" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Milli Koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, forum çərçivəsində Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş nazirlər görüşü keçirilib. Görüşdə iştirak edən 111 ölkədən 80-i nazir və ya nazir müavini səviyyəsində təmsil olunub.
Anar Quliyev qeyd edib ki, Azərbaycan hazırda şəhərlərin yenilənməsi, “yaşıl infrastruktur”un genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlim dayanıqlığının artırılması və inklüziv icmaların formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından biri icra olunur. Böyük Qayıdış proqramı çərçivəsində ölkənin öz maliyyə resursları hesabına 12 şəhər və 300-dən çox kənd yenidən qurulur.
Komitə sədri əlavə edib ki, WUF13-ün mühüm irslərindən biri Azərbaycanın təşəbbüsü ilə təsis edilən Bakı Şəhər Mükafatı olacaq. UN-Habitat ilə birgə təşkil olunacaq bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq.
Anar Quliyev həmçinin bildirib ki, Azərbaycan WUF-un gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib
WUF13: Bakı Bəyannaməsini 82 ölkədən 441 QHT nümayəndəsi imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
