Nigeriyalı nazir: Bəşəriyyətin gələcəyi şəhərlərlə daha çox bağlıdır
Bütün dünyada şəhər əhalisi görünməmiş sürətlə artır. Bu isə mənzil təminatına, nəqliyyat sistemlərinə, infrastruktura, enerji təminatına, ekoloji davamlılığa, ictimai xidmətlərə böyük təzyiq yaradır.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" tədbirində Nigeriya Federativ Respublikasının Mənzil və Şəhərsalma Nazirliyinin daimi katibi Shuaib Belgore deyib.
O qeyd edib ki, şəhərlər iqtisadi inkişafın, innovasiyanın mühərrikinə çevrilib:
“Lakin eyni zamanda onlar iqlim dəyişikliyi, enerji təhlükəsizliyi problemləri, ekoloji degradasiya, sosial bərabərsizliklər qarşısında daha həssasdır. Bu gün şəhərsalma və enerji sistemləri ilə bağlı verəcəyimiz qərarlar ölkələrimizin gələcək dayanıqlığını, rifahını, davamlı inkişafını müəyyən edəcək”.
O vurğulayıb ki, Nigeriya üçün bu məsələlər xüsusilə vacibdir.
“Çünki Nigeriya dünyanın ən sürətli urbanizasiya olunan ölkələrindən biridir. Şəhərlərimizdə əhali sürətlə artır, mənzilə tələbat yüksəlir, enerji istehlakı artır. Bu reallıq davamlılığı, dayanıqlılığı, inklüzivliyi mərkəzə qoyan planlaşdırma yanaşmalarını zəruri edir. Nigeriya Federal Hökuməti infrastruktur inkişafı, əlçatan mənzil təminatı, iqtisadi inkişaf, davamlı urbanizasiya vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş islahatlar həyata keçirir. Bu forumda bir daha anlayırıq ki, bəşəriyyətin gələcəyi getdikcə daha çox şəhərlərlə bağlıdır. Bizim ortaq məsuliyyətimiz isə şəhərlərinimkan, dayanıqlılıq, davamlı inkişaf, insan ləyaqəti mərkəzlərinə çevirməkdir. Nigeriya D8 ölkələri və beynəlxalq tərəfdaşlarla birlikdə davamlı şəhər inkişafını, təmiz enerji inteqrasiyasını dəstəkləyən siyasət və təşəbbüsləri inkişaf etdirməyə tam sadiqdir”.
Oxşar xəbərlər
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Anar Quliyev: "Yaşıl" tikintiyə keçid yalnız ekoloji zərurət deyil, mühüm iqtisadi imkandır
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
