Naxçıvanda alternativ enerji istehsalı artıb
Naxçıvanda istehsal olunan elektrik enerjisinin 52,8%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
APA-nın yerli bürosu xəbər verir ki, 2025-ci ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında 29 525 626 kilovat-saat elektrik enerjisi istehsal edilib.
- 13 929 379 kilovat-saatı və ya 47,2 %-i istilik elektrik stansiyalarında;
- 9 345 375 kilovat-saatı və ya 31,6 %-i su elektrik stansiyalarında;
- 6 250 872 kilovat-saatı və ya 21,2 %-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilib elektrik şəbəkələrinə ötürülmüşdür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi elektrik enerjisi istehsalında istilik elektrik stansiyalarının payı 14,5 % azalıb, su elektrik stansiyalarının payı 8,9 %, günəş elektrik stansiyalarının payı 5,5 % artıb.
Alternativ və bərpaolunan enerji mənbələrində 15 596 247 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici ümumi enerjinin 52,8 %-ni təşkil edir.
Oxşar xəbərlər
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı kəskin artıb
Ötən ay Azərbaycanda 2,5 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
