Xocavənd şəhərinə növbəti köç olub
sizinxeber.az xəbər saytı

Xocavənd şəhərinə növbəti köç olub


Mayın 22-də Xocavənd şəhərinə növbəti köç olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə, ümumilikdə 65 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - FOTO
Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər