Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda beynəlxalq turnirdə 4 medal əldə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda beynəlxalq turnirdə 4 medal əldə ediblər


Azərbaycan stolüstü tennisçiləri Özbəkistanın Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə 4 medal qazanıblar.

"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.

13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U-11) yarışı ikinci, Səidə Quluzadə (U-13) ilə Yağmur Məmmədli (U-15) üçüncü yerdə başa vurub.

Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan "WTT Youth Contender" turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Komanda turnirdə gənclərdən ibarət millilərin baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparıb.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq turnirə qatılacaqlar
Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Qətərdə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər