Pərviz Şahbazov: Enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov: Enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib


Enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, energetika naziri Pərviz Şahbazov II İstanbul Təbii Sərvətlər Sammitində (İNRES 2026) çıxışı zamanı regionda və Avrasiyada enerji əlaqəliliyi və gələcək layihələr barədə danışıb.

O bildirib ki, XXI əsrdə enerji gücü təkcə istehsalla deyil, həm də təchizat təhlükəsizliyi, əlaqəlilik və etibarlı tərəfdaşlıqla ölçülür. Bu amillər, xüsusilə Yaxın Şərq və Avropadakı enerji böhranları fonunda daha da vacibdir.

Nazir, gələcəkdə Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik interkonnektorları və digər regional elektrik bağlantıları enerji inteqrasiyasının əsas hissəsinə çevriləcəyini vurğulayıb. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Xəzər regionundan enerji resurslarının Ermənistan üzərindən Türkiyəyə və oradan Avropaya çatdırılması imkanlarının da müzakirə olunduğunu qeyd edib:

“Bakı–Tbilisi–Ceyhan neft boru kəməri və Cənub Qaz Dəhlizi təbii qaz boru kəməri hazırda ən etibarlı və proqnozlaşdırıla bilən layihələr hesab olunur. Onlar təkcə ölkələrimizi və qonşularımızı birləşdirmir, həm də Azərbaycanı, Türkiyəni və digər tərəfdaşları Avrasiya enerji infrastrukturunun əsas sütunlarından birinə çevirir”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq
Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb
Azərbaycan və Türkiyə arasında elektrik enerjisi sahəsində imzalanma olub
Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər