DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb, məşhur futbolçular siyahıdan kənarda qalıb
sizinxeber.az xəbər saytı

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb, məşhur futbolçular siyahıdan kənarda qalıb


Futbol üzrə İngiltərə millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.

"Report" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.

Baş məşqçi Tomas Tuhel Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") kimi məşhur oyunçuları siyahıya daxil etməyib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

DÇ-2026: Almaniya millisinin heyəti açıqlanıb, Manuel Noyer komandaya qayıdıb
İngiltərə millisinin səkkiz futbolçusu heyətdən çıxarılıb
Harri Maquayr "Mançester Yunayted" ilə yeni müqavilə imzalayıb
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
Klublararası dünya çempionatında 1/8 final cütləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər