Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək
Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələr də həyata keçirir.
“APA-Economics” xəbər verir ki, bunu COP29-da bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqunda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, 2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-ə yüksəldəcək: “Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.
Oxşar xəbərlər
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













