Emin Hüseynov: Ağdamın 60, Füzulinin 78, Xocavənd ərazisinin isə 16 faizi minalardan təmizlənib
Son beş ildə Ağdam rayonunun təxminən 60, Füzuli rayonunun təxminən 78, Xocavənd rayonu ərazisinin isə təxminən 16 faizi minalardan təmizlənib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun təxminən 78 faizi və Xocavənd rayonunun isə təxminən 16 faizi minalardan təmizlənib:
"Mina problemi bu bölgə üçün fundamental xarakter daşıyır və bunun yaxın zamanda tamamilə aradan qalxacağı ilə bağlı heç bir illüziyamız yoxdur. Bu problem mövcud olmaqda davam edəcək və biz minaların ətrafımızda olması reallığı ilə yaşamağın və bununla mübarizə aparmağın yollarını tapmalı olacağıq. Biz buna qarşı daim diqqətli olmalı, ehtiyatlı davranmalı və insanlarımızın təhlükəsizliyini prioritet etməliyik".
Oxşar xəbərlər
Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi
Ağdam, Xocavənd və Füzulinin neçə faizinin minalardan təmizləndiyi məlum olub
Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
Ağdam, Xocavənd və Füzulinin neçə faizinin minadan təmizləndiyi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
