Efiopiya rəsmisi: "Ənənəvi nəqliyyat vasitələrinin idxalını qadağan etmişik"
sizinxeber.az xəbər saytı

Efiopiya rəsmisi: "Ənənəvi nəqliyyat vasitələrinin idxalını qadağan etmişik"


Efiopiyada ənənəvi nəqliyyat vasitələrinin idxalı qadağan edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Əddis-Əbəbə Çay və Çaykənarı Ərazilərin İnkişafı üzrə texniki məsləhətçi Uayeliqn Desalegn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ( WUF13) çəçivəsində təşkil olunmuş "Siyasətdən Təcrübəyə: Əddis-Əbəbənin İnsan Yönümlü Şəhər Dönüşümü Səyahəti" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Əddis-Əbəbədə ekoloji təmiz nəqliyyat vasitələrinə keçid rəsmi səviyyədə dəstəklənir: "Biz sürətlə böyüdüyümüz bir vaxtda ,iqlim dəyişikliyi problemlərini necə həll edəcəyimizi dərindən, düşünülmüş şəkildə planlaşdırırdıq. Əvvəllər biz ənənəvi olaraq həmin qalıq yanacaqla işləyən avtomobillərdən və müntəzəm nəqliyyat vasitələrindən istifadə edirdik. Bu günlərdə isə ölkə artıq ənənəvi enerjidən, müntəzəm avtomobillərdən istifadəni, ənənəvi nəqliyyat vasitələrinin idxalını qadağan edib və biz yalnız elektriklə işləyən avtomobillər idxal edirik. Beləliklə, Əddis-Əbəbədə hərəkət edən avtomobillərin çoxu elektrikli avtomobillərdir. Biz kütləvi nəqliyyatın əlçatanlığını genişləndiririk, hər il daha çox avtobus, yüzlərlə avtobus əlavə edirik ki, bununla da şəhərin emissiya statusunu ən azından azalda bilək".

Qonaq əlavə edib ki, şəhəri təbii fəlakətlərdən qorumaq üçün genişmiqyaslı infrastruktur layihələri icra edilir: "Çayın bərpası layihəsi təkcə rekreasiya fəaliyyəti və yaxud ictimai məkanların genişləndirilməsi üçün nəzərdə tutulmayıb. Əksinə, o, şəhəri yağışlı mövsümdə fəlakətli daşqınlardan və sürüşmələrdən qoruyur. Çay sahilində yaşayan yüz minlərlə insan var idi ki, onlar daşqın və sürüşməyə qarşı olduqca həssas idilər. Biz həmin həssas çay sahillərində yaşayan insanları təhlükəsiz ərazilərə köçürürük. Beləliklə, etdiyimiz hər şey qısamüddətli və uzunmüddətli plan çərçivəsində şəhərin davamlılığını təmin etmək məqsədi daşıyır".

Oxşar xəbərlər

Yared Teşome Qeneti: "Efiopiya urbanizasiya yanaşmasını imkanlar perspektivinə doğru dəyişdirir"
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Azərbaycan avtomobil idxalını 8 % azaldıb
Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Azərbaycan avtomobil idxalını 7 %-ə yaxın azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər