“Habitat International Calition" təşkilatının üzvü WUF13-də mənzil hüququndan danışıb
sizinxeber.az xəbər saytı

“Habitat International Calition" təşkilatının üzvü WUF13-də mənzil hüququndan danışıb


"Biz legitim hüquqlara sahibik, amma bunu sübut edəcək hüquqi sənədlərimiz olmur".

APA xəbər verir ki, bunu “Habitat International Calition" təşkilatının üzvü Massa Kone WUF13 çərçivəsində kütləvi və vətəndaş cəmiyyəti təşkilatlarının “İqlim böhranı qarşısında adekvat mənzil, torpaq və əsas xidmətlər üçün icma rəhbərliyi ilə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Afrikada kənd təsərrüfatı torpaqları üzrə ümumi ictimai mülkiyyət hüquqlarının tanınmasına nail olunub: “Lakin bu tanınma yaşayış torpaqlarına aid edilməyib. Halbuki yaşayış torpaqları üçün də bu hüquqların tanınması vacibdir. Çünki bu, icmalara öz hüquqlarını müdafiə etmək imkanı verir. Dağıntılar və köçürülmələr zamanı insanlardan “sizin hansı hüququnuz var?” deyə soruşulur. Biz legitim hüquqlara sahibik, amma bunu sübut edəcək hüquqi sənədlərimiz olmur. Buna görə də hüquqlarımızı müdafiə etməkdə çətinlik yaşayırıq. Bu ümumi ictimai hüquqların tanınması icmalara hüquqi əsas qazandırır və dağıntı və köçürülmə hallarında danışıqlar aparmaq imkanı verir. Eyni zamanda, bu, onların səsini gücləndirir və siyasətçilər tərəfindən eşidilməsinə kömək edir”.

O hesab edir ki, müəyyən hüquqlar qanuni şəkildə tanınarsa, insanlar öz mövqelərini müdafiə edə bilərlər: “Bu gün problem ondadır ki, legitim hüquqlarla hüquqi şəkildə tanınmış hüquqlar arasında böyük uçurum var. Həm sülh, həm də sabitlik üçün bu problemi həll etmək lazımdır. Çünki inkişaf uğrunda mübarizə aparmaq üçün əvvəlcə insanların normal yaşayış şəraiti olmalıdır. Pis şəraitdə yaşayan, evindən çıxarılan insan qorxu içində olur. Belə bir insan inkişaf prosesində necə iştirak edə bilər? Əvvəlcə bəzi əsas problemlər həll edilməlidir. Bunun üçün dövlətlər insanların ləyaqətinə hörmət etməli və onların legitim hüquqlarını tanımalıdır. Digər tövsiyələrdən əvvəl həll edilməli olan əsas məsələ məhz budur”.

Oxşar xəbərlər

WUF13-də iqlim böhranı qarşısında adekvat mənzil məsələsi müzakirə olunub
Somali nümayəndəsi: İlin altı ayı quraqlıq mövsümü olur, digər altı ayı isə daşqınlarla üz-üzə qalırıq
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Somali nümayəndəsi: Altı ayı quraqlıq olur, ilin qalan ayları isə daşqınlarla üz-üzəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər