Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin deyib.
Nazir bildirib ki, mənzil siyasəti yalnız tikinti və yaşayış sahələrinin artırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, mənzil məsələsi icmaların inteqrasiyası, şəhər planlaması və insanların imkanlara çıxışı ilə birbaşa bağlıdır.
Tamara Paseyro Marin qeyd edib ki, mənzil çatışmazlığının yalnız statistik olaraq azaldılması problemi tam həll etmir: “Kağız üzərində mənzil çatışmazlığını azalda bilərik, amma bunu düzgün planlama olmadan etdikdə sosial təcrid və əlaqəsizlik yaradırıq”.
O vurğulayıb ki, Uruqvay bu sahədə siyasətini üç əsas istiqamət üzərində qurur: torpaq və onun yerləşməsi, dövlət maliyyələşməsi və institusional imkanlar.
Nazirin sözlərinə görə, mənzil siyasəti təkbaşına məqsəd deyil, digər hüquq və imkanları təmin edən sosial mexanizmdir: “Bu, insanlara digər hüquqlardan istifadə etməyə imkan verən əsas hüquqdur”.
Tamara Paseyro Marin həmçinin icmaların qərarvermə prosesinə cəlb edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Uruqvayda məhəllələrin inkişafı layihələrində texniki qruplar, tikinti şirkətləri və yerli icmalar birgə fəaliyyət göstərirlər.
Oxşar xəbərlər
Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
Tamara Paseyro Marin: "Mənzil maliyyələşməsi ölkədaxili mənbələrə söykənməlidir"
Uruqvaylı nazir: "Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
