Baş prokuror Xankəndidə vətəndaşları qəbul edib
Mayın 20-də Baş prokuror Kamran Əliyev Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluqdan məlumat verilib.
Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin inzibati binada yerləşən barelyefi qarşına gül dəstələri qoyub, dahi liderin əziz xatirəsini dərin ehtiramla yad edib.
Qəbulda iştirak etmiş 16 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Qəbuldan sonra prokurorluq əməkdaşları Xankəndi şəhərində salınan Zəfər Parkını, park ərazisində inşa edilən Zəfər Tağını ziyarət edib.
Oxşar xəbərlər
Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Baş prokuror Xaçmazda vətəndaşları qəbul edib
Baş prokuror Qobustan rayonunda vətəndaşları qəbul edib
Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
