Tokayev: Trampın rüsumlarla bağlı moratorium elan etmək qərarını alqışlayırıq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın ticarət rüsumlarının artırılmasına 90 günlük moratorium tətbiq etmək qərarını alqışlayıb.
“Sizinxeber.az”un Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, K.Tokayev bunu Şımkent şəhərinin ictimaiyyəti ilə görüşündə bildirib.
"Biz Prezident Donald Trampın ölkələrin mövqelərini dəqiqləşdirmək və mümkün olduqda danışıqlara başlamaq üçün 90 günlük moratorium elan etmək barədə qərarını alqışlayırıq. Ekspertlər xəbərdarlıq edirlər ki, qarşılıqlı tariflərin tətbiqi dünya iqtisadiyyatında ciddi enişə səbəb ola bilər", - o bildirib.
K.Tokayev qeyd edib ki, hazırda dünya fond bazarlarında və əmtəə birjalarında misli görünməmiş gərginlik hökm sürür. “Amma sabitləşmə əlamətləri də var. Aydındır ki, dünyada sərt tarif qarşıdurması siyasətinə keçid baş verir". O vurğulayıb ki, Qazaxıstan vəziyyəti təhlil edir, bütün mümkün riskləri nəzərə alır, lakin müxtəlif sahələrdə iri layihələrin həyata keçirilməsini davam etdirəcək.
Oxşar xəbərlər
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb
Tokayev və Kobaxidze Qazaxıstan-Gürcüstan əməkdaşlığının inkişafını müzakirə ediblər
Tokayev: Qazaxıstan Rusiyanın strateji və müttəfiq tərəfdaşı olub və olaraq qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













