İdarə rəisi: Korrupsiya pozuntuları barədə məlumat verən şəxsdən qisas alınması cinayət məsuliyyəti yaradır
Qanunvericilikdə korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin dövlət müdafiəsi var.
Sizinxeber.az xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.
O bildirib ki, bu şəxslərə qarşı verdikləri məlumata görə, qisas almaq məqsədilə hansısa tədbirlərin görülməsi qadağandır: “Müvafiq korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxs hesab edirsə ki, onun işdən çıxarılması, tənbeh edilməsi verdiyi məlumata görədir, bunun əksinin sübutu işəgötürənin öhdəliyindədir. Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərə qarşı qanunvericilikdə bütün məsələlər tənzimlənib. Bu kimi hallara görə cinayət məsuliyyəti də müəyyən olunub".
Qeyd olunub ki, korrupsiya hüquqpozmalarına görə məlumat verən şəxsdən qisas almaq məqsədilə onun işdən çıxarılması, hədələnməsi qanunla tənzimlənir, məlumat verən şəxslər Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə müdafiə olunur: "Həmin şəxslərə təzyiq göstərilməsi, maddi ziyan vurulması inzibati xətaya səbəb olur. Ağırlaşdırıcı hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulub".
Oxşar xəbərlər
Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisas tətbiqinə yol verilməyəcək
Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək
İdarə rəisi: Uşaqlara qarşı təzyiqlərə məktəb rəhbərliyinin səssiz qalması hüquqi məsuliyyət yaradır
Baş Prokurorluğun idarə rəisi Albaniya tərəfindən BMT Konvensiyasının tətbiqini qiymətləndirib
Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
