Təbriz-Məşhəd qatarı relsdən çıxıb, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Təbriz-Məşhəd qatarı relsdən çıxıb, xəsarət alan var


Təbriz-Məşhəd marşrutu üzrə hərəkət edən sərnişin qatarı Türkmənçay stansiyasında relsdən çıxıb.

Sizinxeber.az-nın Tehran bürosu xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Qərargahı məlumat yayıb.

Məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər xəsarət alıb. Digər sərnişinlərin vəziyyətinin normal olduğu bildirilib.

Qurum qeyd edib ki, dəmiryolu əməkdaşları sərnişinlərin digər nəqliyyat vasitələrinə köçürülməsi istiqamətində iş aparırlar.

Məqsəd sərnişinlərin Məşhəd istiqamətində səfərlərini fasiləsiz davam etdirməsini təmin etməkdir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Norveçdə sərnişin qatarı relsdən çıxıb
Rusiyada dəmir yolunda partlayış olub, yük qatarı relsdən çıxıb
Rusiyada sərnişin və yük qatarları toqquşub, səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Norveçdə sərnişin qatarı relsdən çıxaraq aşıb, ölən və yaralananlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər