Dünya Bankı Yaxın Şərqdəki eskalasiya səbəbindən iqtisadiyyatın artım proqnozunu azaldıb
Dünya Bankı Yaxın Şərqdəki müharibə ilə əlaqədar bu il üçün qlobal iqtisadiyyatın artım proqnozunu 2,5 %-ə qədər azaldıb.
"Report" xəbər verir ki, bu, Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" (Global Economic Prospects) adlı yarımillik hesabatında bildirilib.
Qeyd olunub ki, əgər enerji təchizatındakı fasilələr daha ciddi xarakter alarsa, artım 1,3 %-ə qədər yavaşlaya bilər.
2026-cı il üçün proqnoz yanvar ayı ilə müqayisədə 0,1 faiz bəndi azaldılıb. Dünya Bankı həmçinin münaqişənin fəsadlarına görə ölkələrin 2/3-si üçün proqnozları aşağı salıb, ən böyük azalma isə enerji ixracı birbaşa zərər çəkmiş BƏƏ, İraq və digər Yaxın Şərq ölkələrinə təsir edib.
Dünya Bankının məyusedici proqnozları ABŞ, İsrail və İran münaqişəsinin uzanması fonunda ortaya çıxıb. Hörmüz boğazının bağlanması enerji bazarlarında ciddi pozuntulara səbəb olub. Proqnozlara görə, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti, bir barel üçün 94 dollar təşkil edəcək. Gübrə qiymətlərinin cari ildə əhəmiyyətli dərəcədə artacağı gözlənilir, bu da ərzaq dəyərinə dolayısı ilə təsir göstərəcək.
Ümumilikdə, bu amillər qlobal inflyasiyanı gücləndirir və Dünya Bankının gözləntilərinə görə, inflyasiya cari ildə əhəmiyyətli dərəcədə sürətlənərək 4 % təşkil edəcək.
2027-ci ildə qlobal iqtisadiyyatın yüksəlişinin 2,8 %-ə qədər sürətlənəcəyi gözlənilir. Bununla yanaşı, vəziyyətin pisləşməsi riskləri qalır. Əgər enerji daşıyıcılarının tədarükündəki fasilələr hazırda ehtimal olunduğundan daha ciddi xarakter alarsa və əhəmiyyətli maliyyə gərginliyi ilə müşayiət olunarsa, qlobal iqtisadiyyatın artım templəri 2026-cı ildə cəmi 1,3 %-ə qədər ləngiyər, inflyasiya isə 4,4 %-ə çata bilər.
Oxşar xəbərlər
IMF 2025-2026-cı illər üçün dünya iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı: Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata təsir göstərəcək
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
Dünya Bankı 2025-ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
