Yaşar Gülər: Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək
sizinxeber.az xəbər saytı

Yaşar Gülər: Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək


Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək.

“Sizinxeber.az” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indi Rusiyanın qoşunlarını Suriyadan çıxarmasına dair dəqiq sübut yoxdur: “Bəzi gəmilər təmir məqsədilə Rusiyaya aparıla bilər. Amma indi Rusiyanın Suriyadan çıxacağını düşünmürəm. Orada qalmaq üçün əlindən gələni edəcək. Hətta Rusiyanın bir rəsmisi Suriyada qalmağa davam edəcəyini və yeni hakimiyyətlə bu mövzuda müzakirə aparacaqlarını bildirib”.

Nazir söyləyib ki, Rusiya Suriya daxilində fərqli ərazilərdəki qoşunlarını Tartus və Lazkiye bölgələrinə yığıb: “Bu mərhələdə onlara lazımi dəstəyi göstərə biləcəyimizi dedik. Amma bizdən tələbləri olmayıb. Bölgədəki son hadisələrdən sonra hər ölkənin bir oyunu var”.

Oxşar xəbərlər

Lavrov: Türkiyə qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır
XİN başçısı: Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün əlindən gələni edəcək
İran ABŞ-dən qoşunlarını dərhal Suriyadan çıxarmağı tələb edib
Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq
Norveç Ukrayna üçün HHM sistemləri və PUA alınmasına 50 milyon avro ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər