Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
Son 5 il ərzində Biləsuvar rayonunda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb.
"Sizinxeber.az"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, ötən il rayonda 516,9 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 237,1 milyon manatlıq hissəsi kənd təsərrüfatı məhsulu olub.
"Ümumi istehsalda kənd təsərrüfatının 45,9 % paya malik olması aqrar sektorun rayon iqtisadiyyatında aparıcı mövqeyini bir daha təsdiqləyir", - deyə icra başçısı əlavə edib.
O, qeyd edib ki, bu il Biləsuvarda məhsuldarlıq buğda istehsalı üzrə 35, arpa istehsalı üzrə isə 34 sentnerə çatdırılacaq: "2025-ci ildə rayonda 31 677 hektar sahədən 96 min ton taxıl yığılıb. Məhsuldarlıq buğda üzrə 32,3 sentner, arpa üzrə 29,7 sentner təşkil edib. 2024-cü ildə bu göstəricilər buğda üzrə 29,5 sentner, arpa üzrə isə 27,6 sentner olub. Bu artım rayonun taxılçılıq sahəsində potensialının yüksəldiyini və fermerlərin əməyinin nəticə verdiyini aydın şəkildə göstərir. 2026-cı ildə isə 7 490,5 hektar buğda, 28 116,5 hektar arpa olmaqla ümumilikdə 35 607 hektar sahədə taxıl əkilib. Hazırkı dövrə qədər 1 625 hektar buğda, 19 429 hektar arpa sahəsində biçin aparılıb. Sahələrdən 5 525 ton buğda, 64 116 ton arpa məhsulu əldə olunub. Məhsuldarlıq müvafiq olaraq buğda üzrə 34 sentner, arpa üzrə 33 sentner təşkil edib. Təhlillərə əsasən, yekunda buğda üzrə 35 sentner, arpa üzrə isə 34 sentner məhsuldarlıq gözlənilir".
Bundan başqa, icra başçısı deyib ki, rayonda suvarma sistemlərində 30–40 % itki qeydə alınır: "Biləsuvarın ümumi torpaq fondu 135 789 hektardır. Bunun 110 456 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Kənd təsərrüfatına yararlı sahələrin 65 378 hektarı əkin, 41 638 hektarı örüş-otlaq, 3 440 hektarı isə digər torpaq sahələrinə aiddir. Rayon üzrə mövcud əkin sahələrinin 58 292 hektarı suvarılan torpaqlardır. Bu sahələrdən 5 700 hektarı çətin suvarılan ərazilərdir. Suvarılan əkin sahələrinin 42,08 min hektarı torpaq məcralı kanallar vasitəsilə suvarılır ki, bu da suyun 30–40 %-nin itkiyə getməsinə səbəb olur".
"Əkin sahələrinin suvarılması əsasən Araz çayından qidalanan Cənubi Muğan kanalı və qismən Bolqarçay çayı vasitəsilə həyata keçirilir. Cənubi Muğan kanalının torpaq məcralı olması səbəbindən nəql edilən suyun bir hissəsi sahələrə çatmadan itkiyə gedir. Rayon üzrə əkin sahələrinin 7 086 hektarı dəmyə ərazilərə aiddir. Bu sahələrdə məhsuldarlıq əsasən yağıntıların miqdarından asılı olaraq dəyişir və əlverişli illərdə 20–25 sentner təşkil edir. Su təminatı yaxşılaşdırıldığı halda məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması mümkündür. Müqayisə üçün, cari ildə intensiv yağıntılar nəticəsində həmin torpaqlarda məhsuldarlıq 30 sentnerə qədər yüksəlib", - deyə F.Qürbətov vurğulayıb.
Oxşar xəbərlər
İcra başçısı: "Biləsuvar ötən il pambıq yığımı üzrə ölkədə 2-ci rayon olub"
Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
Seymur Səfərli: "Aqrar sığortanın əhatə dairəsi artır"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
