Rusiyanın Oryol vilayətində neft anbarına hücum olub
Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə nəşri bildirib.
“Yerli sakinlərin sözlərinə görə, ilkin olaraq neft bazasına hücum edilib. Şahidlər azı bir yanacaq rezervuarının yandığını bildirirlər”, – məlumatda qeyd olunub.
Partlayış səslərindən öncə dron uğultusu eşidildiyi vurğulanıb.
Sözügedən regionun qubernatoru Andrey Klıçkov kütləvi dron hücumunun olduğunu təsdiqləyib, habelə “infrastruktur obyektində yanacaq alışmasının” olduğunu etiraf edib.
“Pilotsuz uçuş aparatlarının kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini zədələyib”, – region başçısı yazıb.
Bundan başqa, Rusiyanın Krasnodar diyarının da dron hücumuna məruz qaldığı . Məlumata görə, dronlardan birinin qalıqları fərdi evə düşüb. Hücumun törətdiyi mümkün fəsadlar barədə təfərrüatlar verilməyib.
Xatırladaq ki, dekabrın 11-də Rusiyanın Rostov və Bryansk vilayətlərindəki sənaye obyektlərinə dron hücumu olmuşdu.
Oxşar xəbərlər
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
KİV: Bryanskda neft bazasına dron hücumu olub
Taqanroqda sənaye obyektinə raket hücumu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
