Taqanroqda sənaye obyektinə raket hücumu olub
Rusiyanın Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhəri raket atəşinə tutulması nəticəsində sənaye müəssisəsinə ziyan dəyib.
“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slüsar bildirib.
“Bu gecə Taqanroq raket hücumuna məruz qalıb. Sənaye müəssisəsi zərər çəkib, dayanacaqda 14 avtomobil yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Dəymiş ziyanın həcmi dəqiqləşdirilir”, – region başçısı yazıb.
Yerli vaxtla 04:30-da (Bakı vaxtı ilə 05:30) Taqanroqda hava həyəcanı təbili çalınıb, mer Svetlana Kambulova pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat verib və Taqanroq sakinlərini təhlükəsizlik tədbirləri görməyə çağırıb.
“Mümkün olduqda aşağı mərtəbələrə, zirzəmiyə enin. Pəncərəsiz bir yer tapın, döşəməyə oturun”, – o yazıb. Yarım saat sonra həyəcan siqnalı ləğv edilib.
nəşri hadisə şahidlərinə istinadən hücum uğrayan obyektin Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi olduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl ölkənin Bryansk vilayətinə dron hücumu olmuşdu.
Oxşar xəbərlər
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
