KİV: Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
sizinxeber.az xəbər saytı

KİV: Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı da öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb.

Oxşar xəbərlər

KİV: Ərdoğan terror hücumu ilə bağlı Rusiya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
TUSAŞ-ın obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb, 22 yaralı var - YENİLƏNİB - 5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Kazanda keçiriləcək BRİCS sammitində iştirak dəvətini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər