Ərdoğan: TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - 4
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
"Sizinxeber.az"un məlumatına görə, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, 2 terrorçu da hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
YENİ BİLGİ-1
— Ali Yerlikaya (@AliYerlikaya)
Türk Havacılık ve Uzay Sanayii AŞ. (TUSAŞ) Ankara Kahramankazan tesislerine yönelik terör saldırısında 2 terörist etkisiz hale getirilmiştir.
Saldırıda maalesef 3 şehidimiz, 14 yaralımız var.
Şehitlerimize Allah’tan rahmet; yaralılarımıza acil şifalar diliyorum.…
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
"Sizinxeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.
Terrorçular avtomat və tapançalarla silahlanıblar və eyni zamanda partlayıcı maddə və çoxlu sayda sursata malik ola bilərlər.
KİV-in məlumatına görə, polis helikopterləri hadisə yerində patrul çəkir.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.
"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.
Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.
Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.
Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Partlayışın səbəbləri hələ məlum deyil.
“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
TUSAŞ-ın obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, doqquz nəfər ölüb - YENİLƏNİB -2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada baş verən terror hücumu nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə baş verən terrorla bağlı mediaya yayım qadağası qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












