Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitriy Jukovskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən baş tutub.
"Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili" üzrə keçirilən işçi görüş çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisi general-mayor Azər İbrahimov qonaqlarla görüşüb, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Polkovnik D.Jukovskiy göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Belarusun Azərbaycandakı hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev qonaqları salamlayıb, hərbi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi, strukturu, fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Belarus nümayəndə heyəti, həmçinin xidməti otaqlar və idman zalı ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
Oxşar xəbərlər
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü keçirilib
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
Azərbaycan və Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Azərbaycanda dörd nəfərə "general-mayor" rütbəsi verildi - SƏRƏNCAM
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
