Amerikalıların təxminən üçdə ikisi Trampın İranla müharibədəki addımlarını bəyənmir
sizinxeber.az xəbər saytı

Amerikalıların təxminən üçdə ikisi Trampın İranla müharibədəki addımlarını bəyənmir


ABŞ vətəndaşlarının təqribən 65 %-i ölkə Prezidenti Donald Trampın İranla müharibənin gedişatındakı addımlarını bəyənmir.

"Sizinxeber.az"un "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu "Associated Press-NORC" İctimai İşlər üzrə Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş yeni sorğunun nəticələri təsdiqləyib.

Qeyd edilib ki, nəticələr may ayında keçirilmiş bənzər sorğu ilə müqayisədə demək olar, dəyişməyib.

Araşdırmaya əsasən, prezidentin siyasətinin qiymətləndirilməsində partiyalararası nəzərəçarpan ziddiyyətlər hələ də qalmaqdadır. Belə ki, Demokratlar partiyası tərəfdarlarının 92 %-i Trampın addımlarını bəyənmir, respublikaçılar arasında isə bu göstərici cəmi 28 % təşkil edir.

Bundan əlavə, respondentlərin 53 %-i hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları "həddindən artıq irəli gedib". Daha 25 % addımların hazırkı səviyyəsini "haqlı" adlandırıb, 18 % isə hesab edir ki, Vaşinqton bu çərçivədə kifayət qədər sərt addım atmır.

Sorğu D.Trampın İranla razılaşma əldə olunduğunu elan etməsindən sonra, lakin müvafiq memorandumun rəsmi şəkildə imzalanmasından əvvəl keçirilib.

Oxşar xəbərlər

Sorğu: Amerikalıların yalnız 36 %-i Trampın fəaliyyətini bəyənir
Sorğu: Amerikalıların əksəriyyəti Trampın fəaliyyətindən narazıdır
Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdır
Sorğu: ABŞ-də Trampın dövlət işlərində milyarderlərə arxalanması bəyənilmir
Trampın reytinqi rekord həddə düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər