Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının əksəriyyətində eniş qeydə alınıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızılın qiyməti isə 54,26 dollar və ya 1,29% geriləyərək 4 155,71 dollar olub.
Gümüş də ucuzlaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 1,42 dollar və ya 2,13% azalaraq 65,38 dollara enib.
Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.
Platin bazarında da mənfi dinamika müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.
Analitiklər qiymətli metallarda satış təzyiqini Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.
Oxşar xəbərlər
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Qızılın qiyməti 3045 dolları ötüb
Qızıl bahalaşmaqda davam edir
Dünya bazarlarında neft 5 dollara yaxın ucuzlaşıb
Neftin qiyməti 62 dollardan aşağı enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
