Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb
Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar.
"Report" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında və Okinava prefekturasında keçirilir və iyunun 30-dək davam edəcək.
Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Ordusunun komandanı general-leytenant Seydzi Toriumi təlimlərin açılış mərasimində bildirib ki, müdafiə potensialının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Məlumata görə, təlimlər Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiya və Çin arasında ərazi mübahisələri fonunda keçirilir.
Təlimlərdə həmçinin "Type 10" tankları da iştirak edir.
Oxşar xəbərlər
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırıb
Yaponiya sahillərində güclü zəlzələdən sonra sunami baş verib
Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
