"Sabah" "Sportinq"in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb
sizinxeber.az xəbər saytı

"Sabah" "Sportinq"in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb


"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı"nın formasını geyinib.

Portuqaliya təmsilçisi "Sportinq"in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında da forma geyinib.

Oxşar xəbərlər

"Şamaxı" futbolçusu Rodriqo Fernandeş ilə vidalaşıb
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
Premyer Liqa klubu portuqaliyalı futbolçu ilə anlaşıb
"Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər