Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirir
sizinxeber.az xəbər saytı

Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirir


Qazaxıstanın Baş naziri Oljas Bektenov sərhədlərdə nəzarəti gücləndirməyi və ölkədə yanacaq qıtlığına yol verməmək üçün bütün tədbirləri görməyi tapşırıb.

"Sizinxeber.az" Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, O.Bektenov bu tapşırığı neft məhsulları bazarındakı cari vəziyyətlə bağlı keçirilən müşavirədə müvafiq nazirliklərin və hüquq-mühafizə orqanlarının rəhbərlərinə verib.

"Hazırda Qazaxıstanın neft emalı zavodları daxili bazarın ehtiyaclarını təmin edərək normal rejimdə işləyir. Ölkədə benzin, dizel və aviasiya yanacağı ehtiyatları 1 milyon tonu ötür. Bu da istehlakçıların cari tələbatını tam ödəməyə imkan verir. İlk növbədə, yanacaqdoldurma məntəqələri, kənd təsərrüfatı məhsulları istehsalçıları, həmçinin yerli aviadaşıyıcılar neft məhsulları ilə təmin edilir. Yanacaq-sürtkü materiallarının qıtlığı müşahidə olunmur. Yanacaq-sürtkü materiallarının istehsalı, yüklənməsi və ehtiyatlarının monitorinqi daimi əsasda həyata keçirilir", - məlumatda qeyd olunub.

Bununla əlaqədar müşavirədə əsas diqqət neft məhsullarının qanunsuz şəkildə daşınmasının qarşısının alınması üzə tədbirlərə yönəldilib.

Hazırda Energetika Nazirliyinin ayrı-ayrı neft məhsullarının Qazaxıstanın hüdudlarından kənara çıxarılmasının qadağan edilməsi barədə əmri qüvvədədir, nəqliyyat vasitələrinin dövlət sərhədini keçməsinə dair bir sıra məhdudiyyətlər tətbiq edilib.

O.Bektanov müşavirədə vurğulayıb ki, daxili neft məhsulları bazarının sabitliyinin təmin edilməsi strateji əhəmiyyət kəsb edir.

Müşavirənin yekunlarına əsasən, sərhədlərdə nəzarəti gücləndirmək, yanacaq qıtlığına yol verməmək və ölkənin ehtiyaclarını təmin etmək üçün bütün tədbirləri görmək tapşırığı verilib.

Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Maliyyə Nazirliyi və Maliyyə Monitorinqi Agentliyi ilə birlikdə dövlət sərhədində nəzarəti gücləndirmək, neft məhsullarının qanunsuz yerdəyişməsi üzrə bütün sxemlərin aşkar edilməsini və qarşısının alınmasını təmin etməlidir.

Energetika Nazirliyinə isə neft məhsullarının istehsal, ehtiyat və istehlak balansının daimi monitorinqini təmin etmək və zərurət yarandıqda dərhal əlavə tədbirlərin görülməsi barədə təkliflər irəli sürmək kimi bir sıra tapşırıqlar verilib.

Oxşar xəbərlər

Qazaxıstanda Özbəkistana neft məhsulları daşıyan cinayətkar qruplaşma ifşa edilib
Azərbaycanda neft məhsullarının rüblük istehsal həcmi açıqlanıb
Azərbaycanda neft məhsullarının istehsal həcmi açıqlanıb
Azərbaycan mazut istehsalını 56 dəfədən çox artırıb
CAR-ın neft emalı zavodunda yanğın təyyarələr üçün yanacaq çatışmazlığı təhlükəsi yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər